F-1.az xatırladır ki, hindistanlılar keçən il 173 xal toplasalar da, bu il artıq 175 xal toplaya biliblər.
Vicey Malya: “Ardıcıl iki il Mühəndislər Kubokunda 4-cü olmaq əsl sürprizdir. Komandanın bütün işçiləri ilə qürur duymaq vaxtıdır. 25 xal da alsaq, 200 xal səddini aşacağıq. Büdcəmizin məhdud olmasına baxmayaraq, belə iş görmək mükəmməl idi. İndi növbədə Braziliya yarışı var və inanıram ki, gözəl nəticə alarıq. Əgər yağış yağsa, xoşbəxt olacağıq. Amma hər şəraitdə gözəl işlər görə bilərik. İl ərzində stabil idik və qalan yarışlarda da bunu davam erdirmək istəyirik”.