F-1.az xatırladır ki, Covinatsi ilk yarışda fiziki cəhətdən hazır olmayan Paskal Verlyaynı əvəz edib və karyerasındakı ilk yarışı komanda yoldaşı Erikssonun önündə – 12-ci yerdə bitirib.
Vitantonio Liutsi: “Antonio bu şansa layiq idi. Göstərdiyi performansla da bunu isbatladı. Keçən il GP2-də etdikləri ilə Formula1-ə layiq olduğunu isbatlamışdı. Ferrari ilə müqavilə bağladı və mövsümün ilk yarışında heç kimin gözləmədiyi halda çıxış etdi. Karyerasına bundan yaxşı başlanğıc edə bilməzdi.
Eriksson peletondakı ən yaxşı və diqqət cəlb edən sürücülərdən deyil. Amma Antonio ilk yarışında hamının diqqətini cəlb edə bildi. Bu cür şanslar həmişə əlinə düşməyəcək, amma bundan yaxşı istifadə etdi. Bu yarışdan sonra həyatı dəyişəcək”.