V.Bottasın yarış mühəndisi məlum olub

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas 2017-ci ildə sələfi Niko Rosberqin yarış mühəndisi ilə yarışacaq.

F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra onu bu il Bottas əvəz edəcək. Finlandiyalı Mercedes-dəki vəzifəsinə yanvarda başlayıb və yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Finlandiyalı sürücünün yarış mühəndisinin kim olacağı artıq məlum olub.

Valtteri Bottas: “Mühəndisim Toni Ross olacaq. Niko Rosberqin yarış mühəndisi ilə işləyəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*