V.Bottasın hədəfi çempionluqdur

Mercedes-in yeni sürücüsü Valtteri Bottas bildirib ki, yeni mövsümdə əsas hədəfi çempion olmaqdır.

F-1.az xatırladır ki, Valtteri Bottas istefa vermiş Niko Rosberqi əvəz edib.

Lyuis Həmiltonun atası Əntoni Həmilton bildirmişdi ki, oğlu finlandiyalı sürücünün karyerasına zərbə vura bilər. Amma Bottas belə düşünmür və onun hədəfi Həmiltonu məğlub edərək çempion olmaqdır: “2017-ci ildəki hədəfim Dünya Çempionu olmaqdır. Bunu etmək üçün əla şansım var. Buna nail olmaq üçün isə Lyuisi məğlub etməliyəm. O çox güclü rəqibdir. Amma mən özümə güvənirəm və əlimdən gələn hər şeyi edəcəm.

Niko ilə danışmaq məni sevindirdi. Yeni mövsümdən əvvəl mənə tövsiyələr verdi və bu, mənə kömək edəcək. O burada uzun illər qalıb və işlərin necə getdiyini bilir. Boliddən maksimumu necə çıxaracağım barədə məlumatlar verdi. Ümid edirəm ki, işlər mənim üçün əla keçər və hədəflərimə çataram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*