F-1.az bildirir ki, bu finlandiyalı sürücünün son 6 yarışdakı 3-cü güc qurğusu olacaq. Düzdür, Bottasın ehtiyatında iki Ferrari motoru var. Lakin komanda Sinqapur və Suzukada problem yaşamamaq üçün yeni güc qurğusuna keçməyə qərar verib.
Finlandiyalı sürücünün bu həftəsonu ən az bir ədəd daxiliyanma mühərriyinə, turboya və MGU-H generatoruna keçid etməli olacaq. Bu da startda 15 yer itirmək deməkdir. Lakin həftəsonu ərzində komanda daha çox detal dəyişə bilər.
Bottas builki 6-cı daxiliyanma mühərriyinə, 7-ci turbo və MGU-H generatoruna keçəcək.
Qeyd edək ki, Alfa Romeo və Bottas son xallarını iyun ayında Kanada yarışında qazanıblar.