F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 6-cı olsa da, yarışın startındakı insidentdən və Hülkenberqin problemlərindən maksimum faydalanaraq, yarışı 3-cü yerdə bitirib.
Valtteri Bottas: “Bu gün bəxtimizin hesabına zərəri minimuma endirdik. Bəxt bizim tərəfimizdə idi, amma bolid də gözlədiyimizdən güclü idi. Yaş trasda tempi tutmaqda çətinlik çəksək də, fürsətlərdən yaxşı istifadə etdik. Quru trasda tempimiz daha yaxşı idi və sonda Rikkardonu təzyiq altına aldım. Qarşıda çox yarış var. Hədəfim Fetteli keçməkdir. Təbii ki, dubl etmək istərdik, amma Sinqapur bizim üçün çətin tras idi. Buna görə də 1-ci və 3-cü olmaq bizim üçün qüsursuz nəticədir”.