F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində yaxşı təsir bağışlasalar da, təkərlərin dənlənməsi ilə bağlı çoxlu problemlər yaşayıblar.
Valtteri Bottas: “Medium təkərlərdən istifadə etdik. Məncə, sərt tərkiblər daha yaxşı işləyirlər. Yumşaq tərkiblərdə isə hələ də dənlənmə problemləri yaşayırıq. Ümid edirəm ki, Melburnda hər şey daha yaxşı olar. Barselonadakı yeni asfalt qatında çoxlu problem yaşadıq”.