F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 9-cu yerdə başlayıb və startda 10-cu yerə geriləyib. Lakin pitlərdən sonra bir neçə pillə yüksələrək, yarışı 6-cı yerdə bitirib.
Valtteri Bottas: “Yarış mənim üçün problemsiz keçdi. Əlimdən gələni etsəm də, isti hava və trasın quruluşuna görə ötmə etmək çətin idi. İlk pitlərdən əvvəl AlphaTauri sürücülərinə ilişdim və orada vaxt itirdim. Sürət fərqi onları keçməyimə icazə vermədi. Sözün düzü, bunu gözləyirdim. Bilridim ki, yüksəlmək çətin olacaq. Amma motor cəzası alanda zəif komandaların gerisinə düşürsünüz və onlar sizdən elə də yavaş deyillər. Belə olan halda ötmə etmək də çətinləşir. Təhlükəsizlik maşını da olmadı”.