V.Bottas yeniliklərdən narazıdır

Mercedes komandasının sürücüsü Valtteri Bottas yeni aerodinamik paketi istifadə etdiyi üçün peşman olduğunu bildirib.

F-1.az xatırladır ki, Həmilton cümə günü istifadə etdiyi yeniliklərdən imtina etmiş, amma finlandiyalı sürücü yeniliklərlə yarışmağa davam etmək qərarı almışdı. Britaniyalı sürücü poul qazandığı halda, Bottas ona xeyli uduzaraq 5-ci olmuşdu.

Valtteri Bottas: “Əlbəttə, bir şey bitdikdən sonra danışmaq həmişə asandır, amma sıralanma turunda yenidən iştirak etsəydim, digər paketi seçərdim. Hər şeyi təhlil etməliyik. Niyə belə olduğunu və fərqin niyə yarandığını anlamalıyıq. Üçüncü sektorda fərq çox böyükdür. Görək yarışda necə olur. Bolidi yaxşı təhlil etməliyik. Bəzən yeni detalların işləməsi üçün çox işləməliyik. Bəzən yaxşı işləyir, bəzən yox. Ümid edirəm ki, irəliyə getmək üçün performansımız var. Belə olan halda, hər iki Ferrari-ni məğlub edərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*