F-1.az xatırladır ki, finlandiyalı sürücü Red Bull Rinqdə cümə sərbəst yürüşlərində komanda yoldaşı Həmiltona cəmi 0.2 saniyə uduzub.
Valtteri Bottas: “Bolidimiz burada çox sürətlidir və komanda olaraq özümüzü yaxşı hiss edirik. Komandanın üzərində işlədiyi böyük yenilikləri buraya gətriməsi əla oldu. Aerodinamik cəhətdən böyük addım atmışıq və bu. cəsarətvericidir.
Bu tras səhv edəndə sizi cəzalandırır. Limitlərdə sürməyə çalışdım və yerimdə fıırlandım. Bundan dərs çıxararaq, inkişaf edə bilərəm. Bolidin balansı yaxşıdır. Bütün gecə işləyərək, daha güclü ola bilərik. Ferrari-nin güclü olacağını düşünürəm. Bizi maraqlı həftəsonu gözləyir”.