F-1.az xatırladır ki, “gümüşü oxlar” Kanadaya yeni mühərriklə gəlirlər. Bu mühərrikdən müştəri komandalar da istifadə edəcək.
Valtteri Bottas: “Yeni mühərriyin gəlməsi yaxşı oldu. Bu, bazadakı işçilərin zəhmətinin məhsuludur. Təbii ki, əvvəlcə trasda necə işləyəcəyini görməliyik. Dözümlülüyünə də əmin olmalıyıq. Yeni mühərrikdən çox şey gözləmirik. Ferrari-nin düzlük sürətinə çata bilməyəcəyik. Lakin biz başqa sahələrdə güclüyük. Cümə günü bunu hiss etmək istəyirəm.
Yeni mühərrik doğru zamanda gəlir. Çünki ilk motor ömrünün sonlarına yaxınlaşıb. Buna görə də yenisinə ehtiyacımız var idi. Lakin burada yenilik etmək Monakoda etməkdən yaxşıdır. Burada mühərrik daha vacibdir”.