F-1.az xəbər verir ki, onların arasında Alfa Romeo-nun sürücüsü Valtteri Bottas da var.
Valtteri Bottas: “Yenilənmiş formatı və bir məşqdən sonra trasda mübarizəyə başlayacağımızı bəyənirəm. Cümə günü sərbəst yürüşlər böyük fərq yaradacaq və şənbə günü mübarizə daha da sərtləşəcək. Amma məncə yaxşıdır.
Bu mövsüm biz müxtəlif tipli üç trasda yarışdıq və bəzilərində problem yaşadıq. Qarşıda hələ çox yarışlar var, ona görə də komandada hər kəs mini-breykdən məmnun qaldı. Hər şeyi təhlil etmək və yaxşılaşdırmaq üçün, nə edilə biləcəyini başa düşmək üçün vaxtımız var. Hazırda bir az sürətimiz çatışmır, amma Bakıda biz başqa tipli trekdə çıxış etməli olacağıq ki, həmin trekdə maşın həqiqətən də səmərəli olmalıdır.
Görək hansı mövqelərdə olacağıq, amma bu mərhələyə hazırlıq üçün çox çalışdıq, o cümlədən simulyatorda da çox işlədik. Son yarışla müqayisədə biz həqiqətən də bəzi şeyləri dah ayaxşı anladıq”.
Xatırladaq ki, yeni formata əsasən, artıq cümə günü baş tutacaq sıralanma turu bazar günü keçiriləcək əsas yarışın start düzümünə təsir edəcək. Şənbə günü ikinci məşqlərin əvəzinə daha bir sıralanma turu olacaq ki, bu da eyni gündə baş tutacaq sprintin start düzülüşünü müəyyən edəcək və bu iki sessiyada baş verənlər bazar gününə təsir etməyəcək.