F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il Alfa Romeo ilə ikinci mövsümünü keçirir. 33 yaşlı pilot sosial media üzərindən bu il istifadə edəcəyi dəbilqəni təqdim edib.
Keçən il olduğu kimi bu il də Valtterinin dəbilqəsini sevgilisi Tiffani Kromvel dizayn edib. Dəbilqədəki ən böyük dəyişiklik isə qırmızı olan hissələrin qaraya boyanmasıdır. Lakin dəbilqədə finlandiya bayrağının rəngləri olan ağ və mavi qorunub.