F-1.az xatırladır ki, Alfa Romeo komandası keçən mövsümə yaxşı başlasa da, sonradan uzun müddət xala həsrət qalmış və geriyə düşmüşdü.
Valtteri Bottas: “Simulyatordan çıxan məlumatlardan elə görünür. 2022-ci il bolidinə nisbətən daha hərtərəfli bolidə oxşayır. Keçən il yaşadığımız ən böyük problem maksimum sürət idi və indi bu yöndə daha yaxşı görünürük. Lakin bir az təmkinli olmalıyıq”.