V.Bottas yaxşı insan olmaq istəyir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, güclü sürücü olmaq üçün çox işləyəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Mercedes-dəki ilk mövsümündə qənaətbəxş nəticə göstərmiş və 3 qələbə qazanmışdı. 28 yaşlı sürücü mövsümün ilk yarısında gözəl performans göstərmiş, amma yay fasiləsindən sonra Həmiltonun tempinə cavab verə bilməmişdi.

Valtteri Bottas
: “2017-ci il mənim üçün enişli-yoxuşlu keçdi. Həmişə istədiyim nəticələri ala bilmədim. Lakin ümumilikdə yaxşı il oldu. Lyuis çox güclü sürücüdür və yaxşı komanda yoldaşıdır. Təbii ki, uduzmağı xoşlamıram. Ancaq bu məğlubiyyət mənə çox şey öyrətdi. Qeyri-stabil yarışlarım oldu. Bu il daha yaxşı insan və sürücü olmağa çalışacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*