F-1.az xatırladır ki, finlandiyalı pilot Meksikada onluğa düşərək, Kanadadan sonra ilk dəfə xal qazanıb.
Valtteri Bottas: “Braziliya sürücülərin il ərzində gözlədiyi yarışdır. Yerli azarkeşlər çox coşğuludurlar və burada podiuma yüksəlmək gözəl hissdir. Mövsümün ikinci yarısında çətin yarışlardan olan Meksikada xal almaq gözəl idi. Hazırda özümü yaxşı hiss edirəm. Keçən həftə Argentinada idim və Cənubi Amerika mədəniyyətindən həzz aldım. Yaxşı dincəldim. İndi Braziliyadan daha çox alıb, rəqiblərlə fərqi bağlamaq vaxtıdır”.