F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, Mercedes-in təkərlə bağlı problem yaşaması onun üçüncü yerdə finiş görməsinə səbəb olub.
Valtteri Bottas: “Əsəbpozucu yarış idi. Pouldan başlayıb üçüncü bitirmək pis oldu. Maks bizi qabaqlayanda komanda olaraq yatmışdıq və strategiyam bərbad idi. Yəni bu gündən çox şey öyrənməliyik.
Lyuisdən əvvəl pitə gəldim və Maksa çatmaq üçün hər şey edirdim. Amma sonlarda təkərlərim öldü. Təkərlərimiz dənlənirdi, amma Red Bull-da problem yox idi. Bu mövzuda bizdən güclü idilər. Təkərlər çox qızırdı. Təkərlər yarılır və ilişmə azalırdı. Belə olan halda da yavaşlayırdıq. Məyusuq, amma davam edəcəyik”.