F-1.az xatırladır ki, Hamilton son 3 yarışda qələbə qazanaraq, turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib. Kanadada 6 yarışlıq podium seriyası sona çatan Bottas isə son yarışlarda beşqat Dünya Çempionu olan komanda yoldaşının tempinə cavab verə bilmir.
Valtteri Bottas: “Bu il mübarizə var. Amma bu, əvvəlki illərdə də var idi. Lyuislə mənim aramda yaxın mübarizə var. Yarış tempi cəhətdən 2017 və 2018-ci illərə nisbətən güclüyəm. Lakin yarış tempimi bir az da yaxşılaşdırmalıyam. Çox xal yığmışıq. Bu da bolidimizin gücünü göstərir”.