F-1.az xatırladır ki, Valtteri Bottas Soçi yarışına ikinci yerdən başlamışdı. Amma Kimi Rəykkönen startda finlandiyalı sürücünü ötərək, ikinci yerə yüksəlmişdidi. Buna baxmayaraq, Bottas təhlükəsizlik avtomobilindən sonra Rəykköneni ötərək, ikinci yerini qaytarmışdı. Amma Bottas pit-stoplardan sonra Lyuis Həmilton və Kimi Rəykkönenin arxasında qalaraq podiuma yüksəlmək şansını itirmişdi.
Finlandiyalı sürücü yarışdan sonra bildirib ki, Ferrari daha sürətli idi: “Elə də xoşbəxt deyiləm, biz bundan artığını hədəfləmişdik.
Amma tabloya baxanda görürük ki, biz Ferrari və Mercedes-dən zəifik və bu bizim üçün ən yaxşı nəticədir.
Mən istəyərdim ki, komanda rəqabətədavamlı olsun və biz 3-cü yer uğrunda mübarizə aparaq. Amma onların bolidləri daha sürətlidir.
Onlar düzgün strategiya seçərək, bizi keçdilər və mən McLaren-in arxasında çox vaxt itirdim. McLaren-in arxasında bir neçə saniyə itirdim”.