V.Bottas: Xal almaq üçün iki günümüz var

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, daha yaxşı nəticə mümkün imiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Brazilyadakı sırlanma turunda 18-ci yeri tutub.

Valtteri Bottas: “Birinci sərbəst yürüşlərdəki güclü performansımızdan sonra bu nəticəyə görə məyusam. Keçid təkərləri ilə davam etdik və bu səhv seçim idi. İlk cəhdimdən sonra gördüm ki, Williams-larna biri Soft təkərlərdə çətinlik çəkir. Buna görə keçid təkərlərində qaldım.

Daha sonra Soft təkərlərin doğru seçim olduğunu anladıq və pitə gəlib götürdük. Amma gec idi, çünki onu qızdırmağa vaxt lazımdır. Yenə də əlimizdən gələni edəcəyik. Xal almaq üçün iki günümüz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*