V.Bottas: “Ümid edirəm Stroll tez öyrənər”

Valtteri Bottas bildirib ki, gələn ildən etibarən komanda yoldaşı olacağı Strollun bolidə tez adaptasiya olunmasını gözləyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü gələn il çempionada 5-ci mövsümünü keçirdəcək və ilk dəfə debütant sürücü ilə komanda yoldaşı olacaq. 26 yaşlı sürücü əvvəllər Pastor Maldonado və Felipe Massa ilə komanda yoldaşı olmuşdu.

Keçən həftə 18 yaşını qeyd edən Stroll isə bu mövsüm Avropa Formula3 seriyasının qalibi olub.

Valtteri Bottas: “Ləns sürətli sürücüdür. Əminəm ki, hər şeyi tez öyrənəcək. Onunla bir yerdə yarışmaq üçün səbirsizlənirəm. Mən Strolla çox işləyə bilməmişəm. Bir neçə dəfə danışa bilmişik və onu deyə bilərəm ki, çox yaxşı insandır”.

Bottas hazırkı komanda yoldaşı Felipe Massa barədə də xoş sözlər söyləyib: “Felipeyə hörmət edirəm. Karyerası ərzində böyük komandalarda vacib işlər görüb. Ümid edirəm ki, son iki yarışda istədiyi kimi nəticələr alar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*