V.Bottas: Üçüncü sessiya mümkün idi

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, təmiz bir dövrə ilə onluğa düşə bilərmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monakodakı sıralanma turunda 15-ci yeri tutub. Lakin Alfa Romeo komandasının Monte Karloya vacib yeniliklərlə gəldiyini düşünsək, bu nəticə onlar üçün elə də yaxşı sayılmaya bilər.

2019-cu ildə Monakoda podiuma yüksəlmiş Valtteri Bottas 15-ci yerdə elə də razı deyil: “Üçüncü sessiyaya qalmağa yaxın idik. Təmiz bir dövrə ilə onluğa düşə bilərdik, amma son cəhdimdəki son sektorda trafikə düşdüm və bu da bizə baha başa gəldi. Buna görə vaxt itirdim və nəticədə 15-ci yerlə kifayətlənməli oldum.

Komandalar bir-birlərinə belə yaxın olduğu halda bu itkiləri qəbul edə bilmərik. Yarışda ötmə etmək asan olmayacaq. Bizi uzun bir gün gözləyir, amma əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bəzi müsbət nəticələr də çıxara bilərik. Bu həftəsonu sıralanma turuna qədər çox yaxşı idik. Bolid daha yaxşı hiss etdirir. Ümid edirəm ki, bu təməli daha da təkmilləşdirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*