V.Bottas üçün yeni yarış mühəndisi təyin edilib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bu ildən etibarən Lyuis Həmiltonun performans mühəndisi ilə işləyəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il 4 dəfə qələbəyə yaxın olsa da, problemlərə və başqa səbəblərə görə mövsümü qələbəsiz bitirmişdi. Yeni mövsümə yeni imiclə başlayan Bottas bu il Dünya Çempionu titulunu qazanmaq istəyir.

Valtteri Bottas: “Hazırlaşmağım fərqli olmadı. Dəyişən yeganə şey yarış mühəndisimdir. Əvvəlki mühəndisim Toni Ross Mercedes-in Formula E layihəsinə keçdi və bu ildən Lyuis Həmiltonun performans mühəndisi olan Rikkardo Muskoni ilə işləyəcəm.

Yeni mövsüm mənim üçün vacibdir. Mövsümün ilk yarısı həlledici olacaq. Keçən il xal olaraq Həmiltondan çox geri qalandan sonra komanda ona fokuslandı. Amma əvvəlki illərə nisbətən üzərimdə təzyiq artmayıb. Əlimdən gələni edəcəm. Dünya Çempionu olmaq istəyirəm. Bunun üçün hər şey edəcəm. Lyuis çox güclü olsa da, nəticədə insandır. Ondan sürətli olduğum yarışlar çox olub”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*