F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci startda liderliyə yüksəlsə də, ikinci startda Həmilton onu yenidən keçib. Beləliklə, 31 yaşlı pilot növbəti dəfə ikinci yerə razı olub.
Valtteri Bottas: “Məyusam. Çünki yarış mənimçün gözəl başlamışdı. Restartda yerimi itirdikdən sonra isə Həmiltonu keçmək üçün əlimə fürsət düşmədi.
Sona qədər təslim olmayacam. Mənim də vaxtım gələcək. Hansı sahədə inkişaf etməliyəm bilmirəm. Sıralanma turlarında əksər hallarda az fərqlə geridə qalıram. Bu sahədə təkmilləşməliyəm”.