V.Bottas: Təkərləri işlədə bilmədik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Soft təkərlərə öyrəşə bilmədiyi üçün poulu itirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidəki sıralanma turunda cüzi fərqlə Ferstappenə uduzaraq, ikinci olub.

Valtteri Bottas: “Red Bull hər üç sərbəst yürüşlərdə də sürətli idi. Soft təkərlərlə istədiyimiz kimi işləyə bilmirik və bu, böyük problemdir. Buna görə də Medium təkərlərlə daha yaxşı işləyirik. Nəticəyə baxdıqda isə inkişafı görərik, amma sıralanma turunda təkərlərdən istədiyimizi ala bilmədik, çünki balansımız mükəmməl deyildi. Hər şey sabah məlum olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*