F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidə təkər testlərində 141 dövrə vurub və günün ən çalışqan sürücülərindən biri olub. 28 yaşlı sürücü ən sürətli dövrəsini HyperSoft təkərlərlə atıb.
Valtteri Bottas: “Çox qəribə gün idi. Çoxlu dövrələr vurdum və Pirelli-nin yeni təkərlərini test etdim. Builki təkərlərlə müqayisə etmək şansım oldu. Sözün düzü, fərqli hisslər yaşadım. İndidən onlarla sürmək çox yaxşı oldu. İlk təəssüratlarım çox yaxşı idi. Yeni mövsümdə görək necə olacaqlar. Onları necə işlədəcəyimi artıq bilirəm. İndi isə tətil vaxtıdır!”