F-1.az xatırladır ki, yarışa 3-cü pillədən başlayan Bottas çox sakit yarış keçirib və finişədək yerini qoruyub.
Valtteri Bottas: “Komanda olaraq yaxşı işlədik. Ferrari bu gün daha sürətli idi. Buna şübhə etmirəm. Əla iş gördülər və güclü idilər. Mənim üçün əsas yarışın ilk yarısı idi. UltraSoft təkərlərlə çox çətinlik çəkdim. Davamlı olaraq sürüşürdüm. Xüsusən də, 10 dövrədən sonra ön və arxa tərəfdə asfaltla ilişmə itdi. Asan deyildi.
Soft təkərlərə keçdikdən sonra isə özümü yaxşı hiss etdim. Bolidi sürmək doğrudan da gözəl idi. Amma artıq gecdir və performans cəhətdən geridə idik. Ümumilikdə isə ilk həftəsonumuz fəlakətli olmadı. Növbəti yarışda daha güclü olmalıyam”.