V.Bottas təəccüblənib

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Alonso ilə Okonun düzülüşdə səhv dayanmasına təəccüblənib.

F-1.az xatırladır ki, Bəhreyndə Okon, Ciddədə isə Alonso düzülüşdə düzgün dayanmamış və cəza almışdılar. Bundan sonra FİA düzülüşdəki xəttləri 20 santimetr enləndirmək qərarına gəlmişdi.

Valtteri Bottas: “Bu hadisələrə görə təəccübləndim, çünki bununla bağlı problem görmürəm.

Hazırkı maşınların şassiləri yüksəkdir və görüş məsafəsi 10 il əvvəlki kimi detil, amma düzülüşə oturanda hər şeyi rahatlıqla görə bilirik. Şəxsən bunu problem kimi görmürəm. Bəlkə də fərqli qanadlara sahib olan maşınlara görədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*