F-1.az xatırladır ki, finlandiyalı sürücü sabahkı yarışa 2-ci yerdən başlayacaq. Bottas son cəhdində bir sürətli dövrə vurub birinci yerə yüksəlsə də, Həmilton ardıcıl iki dövrə ilə karyerasının 97-ci poulunu qazanıb.
Valtteri Bottas: “Sıralanma turunda əvvəlki sessiyalara baxanda, son cəhdlərə Medium təkərlərlə çıxmağın daha məqsədəuyğun olacağını gördük. Buna görə onu seçdik. Daha sonra qərar verməli idik. İki yoxsa tək sürətli dövrə?
Bir dövrə atanda boliddə daha az yanacaq olurdu, amma təkərləri qızdıranda problem yaşana bilərdi. Mən də bunu seçdim. Tək dövrə vurmaq mənim seçimim idi. Çünki sıralanma turunun ikinci sessiyasında işə yarsmışdı. Amma Lyuisin ardıcıl iki sürətli dövrə fikri daha yaxşı oldu.
Mükəmməl olmasa da, yaxşı dövrə idi. Həftəsonu ərzində burada təmiz dövrə vurmaq çətin idi. Yarışa təmiz tərəfdən başlamaq daha yaxşı olardı, amma indi də əlimdən gələni edəcəm”.