F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 8-ci olaraq, növbəti dəfə son sessiyaya qalıb. Lakin Alfa Romeo-nun tempi Bəhreyndəki kimi sürətli deyil.
Valtteri Bottas: “Alpine komandasının sürücüsüləri sürətli idilər. Burada isə sürətli döngələrdə çətinlik çəkəcəyimizi bilirdik. 16, 22 və 23-cü döngələrdə çox vaxt itirdik. Ancaq yavaş və orta sürətli döngələrdə pis deyildik. İlk iki komanda çox üstün olsa da, digərləri çox yaxındırlar.
İndiyə kimi üç trasa getmişik və performansımız yaxşı görünür. Bolidi davamlı təkmilləşdirsək, onluq uğrunda mübarizə apara bilərik”.