F-1.az bildirir ki, Mercedes sürücüsü sessiyadan sonra maşının sürətli olmasını və poul uğrunda mübarizə aparmağa imkan verməsini söyləyib…
Valtteri Bottas: “Çox cüzi uduzdum, kiçik səhvlərə yol verdim. Bilirəm ki, bu həftə maşınım sürətli idi, poul uğrunda mübarizə aparmağa imkan verirdi, amma alınmadı. Sonuncu cəhdimdə ilk iki sektorda poula gedirdim, amma sonuncu döngədən düzlüyə çıxarkən vaxt itirdim.
Bu gün yağış da bizim normal işimizə mane oldu, risk etməyə ehtiyac yox idi, amma bəzən trasa çıxıb, nəticəni yaxşılaşdırmağa cəhd etməlisiniz”.