F-1.az xatırladır ki, Valtteri Bottas ikinci sərbəst yürüşlərdə 38 dövrə vurub və birinci yerdəki Rosberqdən 2.3 saniyə geridə qalaraq, 14-cü yeri tutub. Felipe Massa isə cəmi 12 dövrə vurub və Rosberqdən 2.2 saniyə geri qalıb.
Bottas etiraf edib ki, SuperSoft təkərlər komandanın zəif nöqtələrindən biridir: “SuperSoft təkərlər son zamanlarda olduğu kimi böyük problem yaradır, amma Soft təkərlərin performansı bizi təəccübləndirdi. Bu istidə çox yaxşı işlədilər. Düzdür, Ferrari, Red Bull və Mercedes-də olduğu kimi işləmədilər, amma yaxşı idilər”.
Problemlərə baxmayaraq, Bottas düşünür ki, Pirelli Macarıstana düzgün tərkiblər gətirib: “UltraSoft təkərləri seçməzdim. SuperSoft təkərlər ən yaxşı halda 6 dövrə gedir. Buna görə də UltrSoft təkərləri seçməzdim”.
Finlandiyalı sürücü hesab edir ki, əgər Williams balansla bağlı problemi həll edə bilər: “Düşünürəm ki, inkişaf edə bilərik. Bolidin balansından razı deyiləm. Sürətli dövrəmdə trafikə düşdüm. Əslində göstəricilər bir-birinə yaxın görünür. Bəzi şeylər daha yaxşı ola bilər”.