V.Bottas: Sual işarəsi çoxdur

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, hazırda sual işarəsi çoxdur.

F-1.az xatırladır ki, Alfa Romeo mövsümöncəsi qış testlərində yaxşı təsir bağışlasa da, onların orta qrupun ən sürətli komandası olması düşünülmür.

Valtteri Bottas: “Bu mövsüm də keçənilki kimi yaxşı başlaya bilərik, amma həmişə testlərdən sonra bu barədə nəsə demək çox çətindir. Orta qrup çox yaxındır. Ola bilsin bəzi komandalar test və yarış arasında nəsə taparlar.

İlk yarışda vəziyyət dəyişə bilər, çünki mübarizə çox yaxındır. Xırda detal böyük fərq yaradır. Ancaq mübarizənin içindəyik. Ümid edirəm ki, orta qrupun önündə olarıq. Sual işarəsi çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*