F-1.az xatırladır ki, finlandiyalı sürücü Niderland Qran Prisinin sıralanma turunda 3-cü yeri tutub.
Valtteri Bottas: “Trasdan həz aldım. Burada gözəl ab-hava var. Çox əyləncəli idi. Boliddə özümü yaxşı hiss edirəm. Birinci və üçüncü sektorda Red Bull-a qarşı çox itiririk. Lakin iki bolidimiz üçlükdədir. Bu trasda ötmə etmək çətin olsa da, həmişə fürsətlər olur. Bir də strategiya ilə önə çıxa bilərik. Buna görə də yarışı həyəcanla gözləyirəm”.