V.Bottas Stilo dəbilqələrindən istifadə edəcək

Williams-ın Finlandiyalı pilotunun bundan əvvəl Arai şirkəti ilə müqaviləsi var idi.

F-1.az xəbər verir ki, Formula1 pilotları müxtəlif şirkətlərin dəbilqələrindən istifadə edirlər. Bunlardan ən əsasları Arai, SchubertBell-dir.

Amma Valtteri Bottas Arai şirkəti ilə yollarını ayırıb və bundan sonra onun üçün dəbilqəni  Stilo şirkəti hazırlayacaq. Formula1 pilotlarından Felipe Nasr da yarışlara sözügedən şirkətin dəbilqələri ilə çıxır.

Valtteri Bottas: “Mən bu dəbilqəni ilk dəfə sınaqdan keçirəndə onun yüngüllüyü və ventilyasiyası məni heyran etdi. Bu, orta sürətin aşağı olduğu traslarda və isti traslarda olduqca yaxşıdır. Stilo daim inkişaf edir və bizi birgə gələcək gözləyir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*