F-1.az xatırladır ki, Alfa Romeo keçən il startlarda çox problem yaşamışdı.
Valtteri Bottas: “Müqayisə aparmaq çətin olsa da, ilk yarışımız əla keçdi. Karyeramın ən yaxşı yarışı deyə bilmərəm, amma əla başladıq. Keçən il startlarda zəif olsaq da, inkişaf etmişik.
Stabil nəticələr hesabına qabağa gedə bilərik. Ancaq Bəhreyndə qazana biləcəyimiz ən yaxşı nəticəni əldə etdik.
Ciddə tamamilə fərqli trasdır. Buna görə də kimin güclü olacağını demək çətindir. Keçən il Ciddədə demək olar ki, Bəhreyndəki kimi performans göstərmişdik. Görək bu il nedə olacaq”.