V.Bottas: “Startda qələbəni itirdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qələbəni startda əldən verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda Fettelin gerisinə düşüb və yarışı ikinci yerdə bitirib.

Valtteri Bottas: “Startdakı sürüşmə mənim üçün əsl problem oldu. İlişmə muftasını buraxan kimi sürətlənməni itirdim. Bolid sürüşdüyü üçün sürətlənə bilmədim. Daxili trayektoriyanı bağlamağa çalışsam da, güzgüdə Fetteli görə bilmədim. Daxili trayektoriyada idi.

Bolidlərimizin tempi yaxın idi. Əgər startda geri düşməsəydim, qalib gələrdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*