F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 6-cı olsa da, startda 14-cü yerə geriləyib, amma sonradan gözəl hücumlar və taktika ilə finişi 6-cı yerdə keçib.
Valtteri Bottas: “Startda maşınım sürüşdü. Düzü, start düzülüşünə gedəndə özümə inamım yox idi, çünki testlərdə də start məşqlərimiz pis idi. Bunun üzərində işləməliyik.
Startda sürüşdüm. Arxa təkərlər çox qızmışdı. Üçüncü ötürməyə keçdiyim halda maşın sürüşürdü. Birinci dövrədə də maşın çox sürüşürdü. Bu, mexaniki problemdir. Bəzən ilişmə muftasında titrəmə olur. Bunu həll etmək üçün işləyirik”.