F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, 4-cü yerə qədər geriləyib. Buna baxmayaraq, Strollu ötən Bottas yarışı 3-cü yerdə bitirərək, karyerasının 50-ci podiumunu qazanıb.
Valtteri Bottas: “Startın böyük rolu oldu. Yaxşı deyildi və yer itirdim. Buna görə də ötmə etmək üçün təkərlərə yükləndim və tez yeyildilər. Pitlərdən sonra da Maksın arxasında qaldım və burada ötmə etmək çətindir. Start hər şeyi korladı. Nə olduğunu bilmirəm. Həmilton yaxşı start aldı və arxasındakılar onun hava kisəsindən istifadə etdi. Mənim hava kisəm yox idi. Bunu araşdıracağıq”.