F-1.az xatırladır ki, finlandiyalı sürücü startdan sonra növbə ilə Rəykkönen, Okon və Strollu geridə qoyaraq rahatlıqla ikinci yeri qazanıb.
Valtteri Bottas: “Start çox çətin idi. Bir az sürüşdüm və Kimi məni qabaqladı. Amma dövrənin sonuna doğru yerimi qaytardım. Daha sonrası isə asan idi. Ümumilikdə bütün yarış ərzində başımı aşağı əyib işimə fokuslandım və arxadakılarla fərqi artıra bildim. Bolidimizin real gücünü görmək üçün ən yaxşı tras idi və özümüzü yaxşı hiss etdik.
Əla yarış idi. Hadisələrdən uzaq qalsam da, azarkeşlərin dəstəyini və enerjisini görmək idi. İndi növbədə daha çətin Sinqapur yarışı var və ona hazırlaşmalıyıq. Bizi dəstəkləməyə gələn hər kəsə təşəkkür edirəm. Bu nəticəni onlara hədiyyə edirəm”.