F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrə qədər ikinci yerdə olsa da, təkəri partlayıb və yarışı 11-ci yerdə – xalsız – bitirib.
Valtteri Bottas: “Çox məyusam. Bəxtimiz gətirmədi. Təkər dövrənin əvvəlində partladığı üçün pitə qədər çox vaxt itirdim. Bu, yaxşı olmadı. Bəxtim gətirmədi.
Bilirdim ki, sərt təkərlərlə uzun yol gedəcəm. Eyni zamanda Lyuis üzərində təzyiq qurmağa çalışırdım. Ancaq yarışın sonlarına doğru maşınfa titrəmə hiss etdim. Bu barədə komandaya dedim və bilirdim ki, nəsə ola bilər. Bundan sonra təkərləri qorumağa başladım. Buna baxmayaraq, təkər partladı. Hər şey bir saniyə içində baş verdi və nə edəcəyimi bilmədim. Sözüm yoxdur”.