F-1.az xatırladır ki, Bottas son sessiyaya qala bilmədiyi üçün təkər seçimində azad olacaq.
Valtteri Bottas: “Son sessiyaya qalmaq istərdim, amma alınmadı. UltraSoft təkərlər SuperSoft-lara nisbətən sürətli olsalar da, tez yeyilirlər və yarışda onları işlətmək asan olmayacaq. Necə strategiya seçəcəyimizi hələ bilmirəm. Amma 11-ci yerin ən böyük üstünlüyü odur ki, yarışa istədiyimiz təkərlə başalayacayıq və bu da startda bizə bir neçə yer qazandıra bilər.
Force İndia komandası son yarışlarda bizdən daha güclüdür. Sabah Felipe ilə onları geridə qoyub, mövsümü major notlarla bitirmək istəyirik. Bundan başqa, sabah bizi çempionluq mübarizəsi gözləyir. Buna görə də, gözəl yarış olacağına əminəm”.