F-1.az xatırladır ki, finlandiyalı sürücü 0.138 saniyə fərqlə komanda yoldaşı Həmiltonu qabaqlayaraq, poul alıb.
Valtteri Bottas: “Yaxşı keçən sıralanma turlarını sevirəm. Boliddən maksimumu almaq gözəldir. Sazlanma cəhətdən keçən həftəyə nisbətən yaxşı işlədik və bu da fərq yaratdı. Buna görə də sıralanma turunda daha güclü idim. Bundan razıyam. Bu gözəl bolidi sürdüyüm üçün qürurluyam. Çox sürətlidir.
Yarış tempim yaxşıdır. İlk işimiz yaxşı start almaqdır. Hədəfim qalib gəlməkdir. Bu həftə təkər dəstləri çox yumşaq olduğu üçün tək pit-stoplu strategiya mümkünsüzdür”.