F-1.az xatırladır ki, “gümüşü oxlar” səkkizgünlük testlər ərzində yarış tempinə fokuslanmışdılar.
Valtteri Bottas: “Yarış tempində hər şey yaxşı idi. Təkərlər yaxşı işləyirdi. Bolidə öyrəşmək üçün vaxtımız bol idi. Sıralanma tempimiz müəmmalıdır, amma bunu bir neçə həftəyə başa düşəcəyik. Testlərdə fərqli sazlanmalarda işlədik. Dövrəvi nəticədənsə, performansa fokuslandıq”.