F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanada yarışından sonra xal üzünə həsrətdir.
Valtteri Bottas: “Bir neçə həftəlik fasilədən sonra yarışa qayıtmaq gözəldir. Bazada vaxt keçirib, simulyatorda iki yarış keçirdim. Sinqapura qayıtdığım üçün sevinirəm. Buradakı son yarışdan 3 il keçib. Trasın, istinin və nəmin gətirdiyi çətinlikləri sevirəm. 2017-ci ildə burada podiuma yüksəlmişdim.
Montsada tempimiz yaxşı olsa da, boliddən maksimum güc ala bilmədik. Sinqapurdakı trasda səhv etmək olmaz. Hər şeyi düzgün eləsək, yarışda xallar qazana bilərik”.