V.Bottas səhvini qəbul edib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qəzada günahkardır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliyadakı sıralanma turunda son sessiyaya qalsa da, ikinci döngədə bolidinin idarəetməsini itirərək, divara çırpılıb və buna görə yarışın startında yer itirəcək.

Valtteri Bottas: “Fiziki cəhətdən özümü yaxşı hiss etsəm də, psixoloji cəhətdən…

Mövsümə yaxşı başlaya bilmədim və öz səhvim idi. Birinci döngəyə sürətlə girdim və daha sonra porebrikə çıxdım. Ora yaş olduğu üçün idarəetməni itirdim. Bolidi döndərməyə çalışsam da, divara doğru getdim. Bir az zaman qazanmaq istəyirdim.

Birinci sessiya qarışıq olsa da, ikinci sessiya gözəl keçmişdi. Xüsusən də, sona doğru sürətlənmişdim. Lyuisin dediyi kimi bolid sürətlidir və yaxşı nəticə aldı. Heyif ki, qəza etdim və poul uğrunda mübarizə apara bilmədim.

Sabah əlimdən gələni edəcəm. Onsuz da xallar şənbə günü verilmir. Yarışı ən yaxşı yerdə bitirməyə çalışacağıq. Sabah güclü olacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*