V.Bottas: Şarl işimi çətinləşdirdi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Şarl Leklerə görə çətinlik yaşayıb.

F-1.az xatırladır ki, yarışın startında Lekler finlandiyalı sürücünü qabaqlayıb. Lakin Bottas daha sonra yerini qaytarıb və yarışı üçüncü yerdə bitirərək, ardıcıl ikinci podiumunu qazanıb.

Valtteri Bottas: “İlk dövrənin üçüncü döngəsində Şarl məni keçdi və bu yarışda yaşadığım ən çətin an idi. Deyəsən üçüncü döngədə məndən yaxşı trayektoriya seçdi və məni qabaqladı. Daha sonra onun arxasında ilişdim və bu da yarışımı korladı. Yoxsa tempim yaxşı idi. Ən azından podiuma yüksələ bildim. Komanda olaraq yaxşı xallar qazandıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*