F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə təkərləri yeyilmiş Həmiltona hücumlar edib və mövsümdə dördüncü qələbəsini qazanıb. Lakin britaniyalı sürücü ikinci olaraq, 6-cı titulunu rəsmiləşdirib.
Valtteri Bottas: “Çempionluq şansımı qorumaq üçün mütləq qalib gəlməli idim. Həftəsonu ərzində çox sürətli idim, ancaq heyif ki, titul üçün şansım qalmadı. Lakin müsbət düşünürəm. İndiyə ki Formula1-dəki ən yaxşı nəticəmi qazandım. Özümü təkmilləşdirdim.
Yarışda isə Lyuisə yaxınlaşırdım. 11-ci dövrədə səhv etdi və əlimə fürsət keçdi. Daxili tutaraq mənə xarici trayektoriyanı qoydu və gec əyləndi. Təmas yaşanmasın deyə trasdan çıxmalı oldum. Lakin problem yoxdur. Mən də eynisini edərdim”.