F-1.az xatırladır ki, Valtteri Bottas, birinci sərbəst yürüşlərdə cəmi 6 dövrə vurub və 11-ci yeri tutub. Finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə trasa çıxmayıb.
Qeyd edək ki, Williams komandası əksər hallarda yağışlı havalarda pis təsir bağışlayır.
Valtteri Bottas: “Heyif ki, bu gün heç nə öyrənə bilmədik, amma vəziyyət hamı üçün eynidir.
Bolidin özünü necə apardığını öyrənmək üçün sabahkı sərbəst yürüşləri gözləyirik. Sabahkı seans çox vacibdir. Ümid edirəm ki, tras quru olar.
Mümkün qədər çox məlumat yığmalıyıq və nələr edə biləcəyimizə baxmalıyıq.
Üçüncü seansı gözləyəcəyik və nəyə qadir olduğumuzu orada görəcəyik. Bizim üçün çox vacib seansdır. Boş çən ilə necə çıxış etdiyimizi görmək istəyirik. Bu bizə lazımdır.
Dolu çən ilə təkər yeyilməsini yoxlamalıyıq. Bu gün boliddəki aerodinamik detallar barədə məlumat toplaya bildik.
Bundan başqa heç nə edə bilmədik. Bu məyusedici haldır, amma vəziyyət hamı üçün eynidir”.