F-1.az xatırladır ki, finlandiyalı sürücü pouldan başladığı yarışda mükəmməl start alaraq, yarışı qazanıb. Yarışın sonunda Bottas rəqibi Fettelin hücumlarına məruz qalsa da, 28 yaşlı sürücü yerini qoruya bilib.
Valtteri Bottas: “Rusiyada yaşadıqlarıma çox bənzədi. Fettel mənə çatırdı. Son 5-6 dövrə mənim üçün çətin keçdi. Sol arxa təkərin yeyilməsi ən böyük problemim idi və vəziyyət çətin idi. Başlanğıcda sürətimə nəzarət edə bildim.
Nəticədən razıyam. Karyeramın ikinci qələbəsini qazandım və dəstəklədikləri üçün komandaya təşəkkür edirəm. Bunu mümkün edən hər kəsə təşəkkür edirəm.
Startda işıqlar bolid hərəkət edən zaman söndü. Bu vacib idi. Çempionatda liderlərlə fərqi azaltmaq əla oldu. Seb və Lyuisə çatdığım üçün xoşbəxtəm. Bu gün bolidimiz güclü idi və gözəl həftəsonu keçirdik. Poul və qələbə. Mükəmməldir”.